Dinim salamatmı qalacaq?

İmam Əlidən (ə) belə nəql olunur:
 
بَينَما رَسولُ اللّهِ (ص) آخِذٌ بِيَدي، ونَحنُ نَمشي في بَعضِ سِكَكِ المَدينَةِ، إذ أتَينا عَلى حَديقَةٍ، فَقُلتُ: يا رَسولَ اللّهِ، ما أحسَنَها مِن حَديقَةٍ! قالَ: لَكَ فِي الجَنَّةِ أحسَنُ مِنها. ثُمَّ مَرَرنا بِاُخرى فَقُلتُ: يا رَسولَ اللّهِ، ما أحسَنَها مِن حَديقَةٍ! قالَ: لَكَ فِي الجَنَّةِ أحسَنُ مِنها. حَتّى مَرَرنا بِسَبعِ حَدائِقَ، كُلّ ذلِكَ أقولُ: ما أحسَنَها! ويَقولُ: لَكَ فِي الجَنَّةِ أحسَنُ مِنها.
فَلَمّا خَلا لَهُ الطَّريقُ اعتَنَقَني، ثُمَّ أجهَشَ باكِيًا. [قالَ: قُلتُ: يا رَسولَ اللّهِ، ما يُبكيكَ؟ قالَ: ضَغائِنُ في صُدورِ أقوامٍ لا يُبدونَها لَكَ إلاّ مِن بَعدي]. قالَ: قُلتُ: يارَسولَ اللّهِ في سَلامةٍ مِن ديني؟ قالَ: في سَلامةٍ مِن دينِكَ.
 
“(Bir dəfə) Peyğəmbəri-Əkrəmlə (s) birgə əlimdən tutaraq Mədinənin küçələrinin birindən keçib, bir bağa çatdıq.
 
Mən dedim: “Ey Allahın Rəsulu, necə gözəl bağdır!”
 
Həzrət buyurdu: “Cənnətdə ondan gözəli sənin üçün hazırlanıb!”
 
Sonra başqa bir bağın kənarından keçərkən, yenə dedim: “Ey Allahın Rəsulu, necə gözəl bağdır!
 
Həzrət buyurdu: “Cənnətdə ondan gözəli sənin üçün hazırlanıb!” Bu minvalla biz yeddi bağdan keçdik və hər dəfə də mən “Necə gözəl bağdır!” – deyir, Həzrət də “Cənnətdə ondan da gözəli sənin üçün hazırlanmışdır!” – deyə cavab verirdi.
 
Biz xəlvət bir yerə çatdıqda, Peyğəmbəri-Əkrəm (s) məni qucaqlayıb ağladı.
 
(Mən dedim: “Ey Allahın Rəsulu, nə üçün ağlayırsınız?”
 
Buyurdu: “Bir qrup sənə qarşı qəlbləri kin-küdurətlə dolu kəslər məndən sonra onu aşkar edəcəklər.”)
 
Dedim: “Ey Allahın Rəsulu, dinim salamatmı qalacaq?”
 
Buyurdu: “(Bəli,) dinin salamat qalacaq.”
 
(“Əl-mənaqib”, İbn Şəhr Aşub, 2-ci cild, səh.220.)
 
Maide.az – Maarif bölümü