Diyalədə nəhəng İmam Hüseyn (ə) bayrağı ucaldıldı - FOTO-VİDEO

Ərbəin günü yaxınlaşdıqca İmam Hüseynin (ə) piyada zəvvarlarının da sayı getdikcə artmaqdadır. Eyni zamanda müxtəlif İraq vilayətlərindən keçən piyada zəvvarlar burada müxtəlif yeniliklərə də şahidlik edirlər. 
 
Maide.az xəbər verir ki, belə yeniliklərdən biri də Diyalə vilayətində yaşanıb. Vilayətin Xanakina şəhərinin Kərbəla istiqamətinə gedən yolunda İmam Hüseynin (ə) mübarək adı yazılan nəhəng bayraq ucaldılıb. Bayraq qarşıdakı Ərbəin mərasimləri münasibətilə ilk dəfə ucaldılıb. /