`Düşmən informasiya müharibəsi ilə insanlarda ümidsizlik yaratmaq istəyir` - Ayətullah Xamenei

-- Ölkədəki iqtisadi çətinlikləri böyük göstərməyə çalışırlar

"Hazırda İslam sistemi vahid müharibə otağı tərəfindən təşkil edilən və diqqətlə izlənilən geniş iqtisadi savaşla üz-üzədir". 

 
Maide.Az “Leader.ir” saytına istinadla bildirir ki, bu sözləri  Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İranın Xobreqan Ekspertlər Şurasın üzvləri ilə görüşdə deyib. 
 
Ayətullah Xamenei ölkədəki problemlərin mübahisələr və  paralel hökumət qurmaq  yolu ilə həllinin mümkün olmadığını qeyd edərək bildirib ki, idarəçiliy işləri qanuni yollarla dövlət rəsmilər tərəfindən həyata keçirilməlidir. 
 
Mövcud vəziyyətdə xalqın dövlət qurumları ilə birgə hərəkət etməsinin vacibliyini önə çəkən Ali Rəhbər qeyd eidb ki, ümidsizlikdən uzaq durmaq lazımdır. 
 
"Məkrli qüvvələr iqtisadi və media müharibəsini gündəmə gətirir, ləkələmə təbliğatı aparırlar. Təbii ki, tənqid normaldır, amma bir şeyi  düzəltmək üçün və xoş niyyətlə edilməlidir. Eyni zamanda milli birlik məsələsi  hər zaman ön planda olmalıdır."
 
Ayətullah Xamenei  hazırkı həssas məqamı önə çəkərək, bunun heçdə düşmənin sayı və ya gücü ilə bağlı olmadığını deyib. "İslam düşmənləri İnqilabının ilk dövrlərindən bu günə qədər onsuz da məkrli siyasətlərini həyata keçiriblər. Hazırkı vəziyyətin həssaslığı isə İranın yeni fikirlər ortaya qoyaraq imperializmə qarşı daha  da güclü hərəkət etməsinə görədir. Odur ki, mövcud situasiyaya uyğun da tədbir görülməlidir".
 
Ali Rəhbər onu da əlavə edib ki, hazırda İslam sistemi  "vahid müharibə otağı" tərəfindən təşkil edilən və diqqətlə izlənilən geniş iqtisadi savaşla üz-üzədir:
 
"Bu savaşın içərisində çox vaxt laqeydliklə yanaşılan böyük bir informasiya müharibəsi də mövcuddur. Əldə etdiyimiz məlumatlara görə, ABŞ və sionist kəşfiyyat qurumları bölgədəki Qarun dövlətlərin təmin etdiyi maliyyə dəstəyi ilə informasiya müharibəsi üçün genişmiqyaslı təşkilat qurublar. Əsas məqsədləri cəmiyyətdə İslam İnqilabına qarşı mənfi fikir, ümidsizlik formalaşdırmaq.  İnsanları iqtisadi çətinliklərlə üz-üzə qoymaqla, dövlətdən uzaqlaşdırmaqdır. Odur ki,cəmiyyət gərək "iqtisadi çətinlikləri" böyük göstərmək kimi yalanlara inanmasın  və ölkədə həyata keçirilən müsbət işləri görsün. Bunun üçün isə rəsmilər düşmənin yalanlarının inandırıcı olmasına şərait yaratmamalıdırlar. Çünki bu çox təhlükəli haldır. Hökumətin və digər dövlət qurumları müsbət və mənfi cəhətləri görərək, yaxşı işlərlə bərabər  problemləri də dilə gətirsələr, insanlar faydalı işlərin görüldüyünü daha yaxşı hiss edəcəklər".