Düşmən həftə boyu atəşkəsi 165 dəfə pozub

İşğalçı Ermənistanın silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində həftə ərzində atəşkəs rejimini 165 dəfə pozub.
 
Təkcə ötən gecə Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
 
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. /FaktXeber /