DİM rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edib - SİYAHI

Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 və 29 iyulda DİM-ə müraciət edə bilərlər
 
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanlarinda iştirak edən və müsabiqə şərtini ödəyən namizədlərə müraciət edib. 
 
DİM-dən "Report"a verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilib.
 
Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 və 29 iyul saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilər.
 
Qeyd edək ki, * işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı, №3, 2017, səh. 4) müvafiq olaraq istiqamətlər üzrə birgə aparılır. 2017/2018-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir.
 
Digər ixtisaslar üzrə plan yerləri tam dolub.
 
Boş qalan plan yerləri aşağıdakılardır:
 
 
AzərbaycanTibbUniversiteti
311422 Gigiyena   2
311439 Epidemiologiya   2
       
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
 
313261 Narkologiya   1
313278 Ftiziatriya   1
313326 Gigiyena   2
313334 Epidemiologiya   3
         
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
324115 Ftiziatriya   1
*324123 Mikrobiologiya   1
         
Respublika Narkoloji Mərkəzi
332118 Narkologiya   3
         
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
*333114 Mikrobiologiya   1
333122 Gigiyena   2
333139 Epidemiologiya   2
         
1 nömrəli Respublika Psixiatriya Xəstəxanası
339117 Psixiatriya   2
         
3 nömrəli Bakı Şəhər Klinik Xəstəxanası
343118 Anesteziologiya-reanimatologiya   2
343183 Laboratoriyaişi   1
         
İctimai Səhiyyə və İslahatlar Mərkəzi
*346115 Sosial gigiyena və səhiyyənin təşkili   1
         
Naxçıvan Dövlət Universiteti
361132 Uşaq cərrahiyyəsi   1
361149 Travmatologiya-ortopediya   1
361165 Psixiatriya   1
361198 Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza   2
*361246 Sosial gigiyena və səhiyyənin təşkili   2
*361254 Mikrobiologiya   1
         
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı
362145 Travmatologiya-ortopediya   1