Dünya birliyi sionistləri cəzalandıracaqmı?

İkinci dünya müharibəsi bütün bəşəriyyəti ölüm, əzab, aclıq, qaçqınlıq kimi dəhşətli bəlalara düçar etdi. Nasistlərin bu əməli beynəlxalq məhkəmədə öz layiqli cəzasını aldı. Həmin məhkəmədə faşistlərin daha çox yəhudi xalqını soyqırıma məruz qoyduğu bəyan edildi. Halbuki faşist Almaniyasının başlatdığı müharibə dünyanın əksər xalqlarına qarşı yönəlmişdi.
 
Bu müharibədə həlak olanların sayı 10 milyonlarla ölçülür. Tarixin ən qanlı döyüş səhifələri kimi tanınan İkinci Dünya müharibəsi qurbanlarının dəqiq sayı məlum deyil. Altı il davam edən və dünyanın 70-ə yaxın dövlətinin cəlb olunduğu bu müharibədə həlak olanların sayını 35 milyon göstərən də var, 68 milyon da... Amma mənbələrin əksəriyyəti bu müharibəyə 100 milyondan çox adamın birbaşa əlində silah cəlb olunduğunu, ölənlərin sayının isə 50 milyondan çox olduğunu yazır. Öldürülən insanlardan 15 milyonu hərbçi, qalanı isə dinc əhali olub. Amma yəhidilərin verdiyi qurbanların sayı ümumilikdə 6 milyon qeyd edilir.
 
Son tədqiqatlar isə göstərir ki, bu rəqəm dəfələrlə şişirdilib və nəticədə Almaniyanı indiyədək imtiyaz tələbləri altında boğmaq məqsədilə  “Holokost” məsələsi ortaya çıxıb.
 
Zaman göstərdi ki, vaxtilə faşistlərin soyqırımına məruz qaldıqlarını iddia edənlər özləri Fələstin xalqına qarşı qəddarlığa və vəhşiliyə yol verirlər.
 
66 il ərzində davam edən bu qətliamlarda indiyədək on minlərlə günahsız insan həyatını itirib və ya ömürlük şikəst olub. Sionist rejim bu qırğınları təkcə silahla deyil, blokada siyasəti ilə də davam etdirib. Onlar fələstinliləri susuz, dərmansız, azuqəsiz qoymaqla, ən adi yaşayış tələbatından məhrum etməklə də bu qətlləri reallaşdırıblar. Son vaxtlar bütün bəşəriyyətin gözü önündə, Qəzzada baş verən qırğınlar isə sionistlərin insan adı daşımağa layiq olmadıqlarını sübut etdi.
 
Sionist rejimin qadın deputatı nasist davamçısı rolunda çıxış edərək fələstinli qadınların hamısını məhv etməyə çağırır, rejimin alimi isə uşaqların öldürülməsinə haqq qazandıraraq “onlar da böyüyüb müqavimətci olacaqlar” deyir. Qəzza bombardmanları zamanı HƏMAS və Müqavimət Hərəkatı üzvlərinin deyil, daha çox dinc əhalinin, uşaq və qadınların həlak olması bir daha göstərdi ki, İsrail ordusunun əsas hədəfi məhz dinc sakinlər olub.
 
İşğalçı ordusunun bir əsgərinin 13 körpəni öldürməsi ilə bağlı qürurla danışması isə yadıma Xocalı qətliamı zamanı xüsusi amansızlıq və qəddarlığı ilə seçilən erməni yazıçısı Zori Balayanı saldı. O da yazdığı kitabında türk uşaqlarını necə vəhşicəsinə qətlə yetirdiyini qürurla xatırlatmışdı. Eyni dəst-xətt, eyni vəhşilik...
 
Maraqlıdır, dünya birliyi vaxtilə nasistlər üçün qurduğu məhkəmədən sionistlər üçün də quracaqmı? Onları da törətdiyi qanlı əməllərinə görə cavab verməyə məcbur edəcəklərmi? Bunu zaman göstərəcək. Amma İsrail odusunun tərətdiyi qanlı əməlləri araşdırmaq üçün BMT-nin çətiri altında müstəqil tədqiqat qrupu yaradılsa da, bunun bir nəticə verəcəyi,  sionistlərin məhşər ayağına çəkiləcəyi inandırıçı görünmür.
20 ildən çoxdur Azərbaycanın 20% ərazisini işğal altında saxlayan ermənilərin nazı ilə necə oynanırsa, sionistlərin də yarım əsrdən çoxdur Fələstin xalqına qarşı etdikləri ədalətsizliklərə eyni cür göz yumulur. Cünki bütün Qərb ölkələrinin, o cümlədən bir çox Şərq ölkələrinin də hökumətləri sionistlərdən təşkil olunmuş Masson təşkilatlarının təsiri altındadır. Əgər belə olmasaydı, kənardan fövqəldövlət təsiri bağışlayan ABŞ-da vətəndaşlardan alınan gəlir vergilərinin böyük bir hissəsi İsraili silahlandırmaq üçün sərf edilməzdi.
 
Britaniya hökumət kabinetinin yeganə müsəlman qadın naziri Qəzzadakı qətliamları pislədiyinə görə istefa verməyə məcbur edilməzdi. Mən hələ Azərbaycanda hansı naməlum qüvvənin təsiri altında hicab, azan qadağalarının olmasını, bir cox inanclı insanın günahsız yerə həbsdə yatmasını demirəm.
 
İnanmaq istərdik ki, dünyada vicdanını itirməmiş insanlar, ikili standartlardan  qaçan siyasətçilər hələ ki, var.  Yasayaq, bəlkə də gördük!