Dünyada Vəhdət həftəsi mərasimləri: Bosniya və Herseqovina - FOTO

 Əziz Peyğəmbərimizin (s) mübarək mövludu münasibətilə dünyanın hər yerində "Vəhdət həftəsi" adıyla müsəlmanlar müxtəlif bayram tədbirləri vә mərasimlər keçirirlәr.
 
Maide.Az  xəbər verir ki,  Bosniya və Herseqovinanın Darul-Quran təşkilatının təşəbbüsü ilə Sarayevo şəhərində  “Vzəhdət həftəsi” münasibətilə mövlud şənliyi təşkil olunub. 
 
Mərasim çərçivəsində rəsm əsərlərinin sərgisi keçirilib. 
 
İslam peyğəmbərinin (s) həyat və sirəsindən bəhs edən bu rəsm sərgisi ilə yanaşı həmçinin mövlud bayramı münasibəti ilə idman növləri, ədəbiyyat, Quran hifzi və Quran qiraəti üzrə yarışlar da təşkil edilib. 
 
 Qeyd edək ki, Rəbiül-əvvəl ayının 12-dən (Oktyabr ayının 29-u)  Rəbiül-əvvəl ayının 17-dək (noyarb ayının 3-ü) “Vəhdət həftəsi” məarsimləri keçirilir və bütün müsəlmanları öz ətrafında birləşdirən bu həftə mövlud həftəsi kimi qeyd edilir. Elə bu münasibətlə bütün İslam ümmətini təbrik edirik.
 
İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.