Dollar bu ay kəskin bahalaşacaq

Məhəmməd Talıblı: `Milli valyutanın iqtisadiyyatda dəyər qazanmasına nail olunmalıdır`

Mart ayı ərzində açıqlanması gözlənilən önəmli maliyyə xəbərləri fonunda qlobal valyuta bazarında kəskin dalğalanma proqnozlaşdırılır. Martın 5-də ABŞ-ın kənd təsərrüfatı istisna olmaqla əhalinin məşğulluq göstəricisinin açıqlanması, gələn həftə Avropa Mərkəzi Bankının (ECB) növbəti iclasının keçirilməsi, martın 16-da ABŞ Federal Ehtiyat Sisteminin (FES) növbəti iclası, Yaponiya Mərkəzi Bankının (BOC) martın 15-də qərarının açıqlanması, Yaponiyada fiskal maliyyə ilinin sonu olması səbəbindən dəyişikliklərin gözlənilməsi və bir çox neft hasilatçısı ölkələrinin neft bazarının tənzimlənməsi ilə bağlı görüşləri valyuta bazarını dİqqət mərkəzinə çevrilməsinə səbəb olacaq.
 
Qeyd edək ki, fevral ayında maliyyə bazarları funt sterlinqin 5,5% zəifləməsini və yapon yeninin 8% möhkəmlənməsinin şahidi olub. Yaxın aylarda isə valyuta bazarlarını daha kəskin dəyişikliklər gözləyir.
 
Martın 5-də İqtisadçılar məşğulluq göstəricisinin 195 min nəfər artmasını proqnozlaşdırır. Bu, yanvardakı 151 min nəfərli kÿartımdan 29% çoxdur. Belə olduğu halda, FES-in mart iclasında uçot dərəcəsini artıracağı ÿehtimalı yüksəlib ki, bu da dolların güclənməsinə, digər aktivlərin kəskin ucuzlaşmasına ÿsəbəb olacaq. Investorların dolların möhkəmlənməsindən daha da əmin olması üçün xidmət sektorunda aktivlik indeksinin yüksək çıxması və əmək haqlarının artımı göstəricisi xüsusi əhəmiyyət kəsb edir.
 
Dolların möhkəmlənməsinə digər səbəb də ECB-nin uçot dərəcəsini azaltması fonunda avronun zəifləməsi ola bilər. Belə ki, Avrozonada son inflyasiya göstəricilərinin proqnozlardan aşağı olması ECB-ni monetar ekspansiyanın həcmini ÿartırmağa məcbur edir. Bu da avronun zəifləməsinə gətirib çıxaracaq.
 
Yaponiya iqtisadiyyatının zəif inkişafı BOC-un uçot dərəcəsini mənfiyə endirməsinə səbəb olub. BOC-un qısa zamanda İqtisadi artımı və inflyasiyanı yüksəltmək üçün monetar ekspansiya həyata keçirməsi gözlənilir ki, bu qaÿyenin məzənnəsinin azalmasına səbəb olacaq.
 
“Elman Rüstəmov məsuliyyətdən yayınır”
 
“Mərkəzi Bank daxili bazarda valyuta intervensiyasını mövcud qrafik əsasında həyata keçirir”. Bunu MB sədri Elman Rüstəmovÿ”Report”un sualını cavablandırarkən deyib: “Bizim öz qrafikimiz var və bazara valyutanı bu ÿqrafiklə çıxarırıq”.
 
E.Rüstəmov ölkədəki kommersiya ÿbanklarının cari tələbata uyğun həcmdəÿvalyuta aldığını da açıqlayıb:ÿ”Banklarda aparılan sorğular onu göstərir ki, banklar, demək olar, tələbatlarına uyğun valyuta əldə edir. Gördüyünüz kimi, burada başqaÿ proses getmir. Bu gün də hərrac var və biz lazım olan qədər valyutanı hərraca çıxaracağıq. Onu da qeyd edim ki, AMB ÿvalyuta təchizatçısı deyil, requlyatordur. İşimiz manatın kəskin ucuzlaşmasının qarşısını almaqdır”.
 
Maraqlıdır ki, növbəti devalvasiyanın baş vermə ehtimalı artdıqca, rəsmilər də üzərlərindən məsuliyyəti atmağa çalışırlar. E.Rüstəmovun açıqlamasını da bu qəbildən saymaq olar.
 
“Manat zəifləyir, dollar möhkəmlənir”
 
İqtisadçı Məhəmməd Talıblı "Azadlıq"a bildirib ki, ümumiyyətlə, iqtisadiyyatın strukturu elə olmalıdır ki, o özünü hansısa çap maşının gücü ilə yox, pul bazasının genişlənməsi hesabına təmin edə bilsin. İqtisadiyyatın strukturu elə qurulmalıdır ki, valyuta bazarında dönərli valyutanı həm təmin etmək olsun, həm də milli valyutanın İqtisadiyyatda dəyər qazanmasına nail olunsun: “Sadəcə bizim iqtisadiyyatımızda ixracatdan əldə olunan dollar kanalı diversifikasiyalı olmadığı üçün bir mənbədə yaranmış güclü imkanlar iqtisadiyyatda dollar kütləsinin həcmini artırır, neftin qiymətinin aşağı düşməsi isə dollar kütləsinin azalması ilə müşahidə olunur. Deməli, problem pul-kredit siyasətinin zəif effektivliyi ilə yanaşı, həm də ölkədəki idxal-ixrac strukturunun saldo fərqi ilə bağlıdır.
 
İqtisadiyyat şaxələndirilməyəndə və ya dünya bazarında valyuta qazanmaq imkanları çətin olanda, o zaman valyuta bazarında, xüsusilə də dollar kütləsi azalacaq. Dollar qıtlığı ilə üz-üzə qalan hökumət Neft Fondunun da bir tərəfdən dollarla satışını qadağan edən qərar qəbul edirsə, Mərkəzi Bank isə dollar təklifini artırmırsa, bu zaman dollar tələbi daha da artacaq”.
 
M.Talıblının fikrincə, MB kommersiya banklarının effektiv fəaliyyətini qurmaq üçün ilk növbədə onların pul “istehsal” etmək güclərini maksimumlaşdırmağı təşvİq etməlidir. Yəni banklar milli valyutanın satışını və daha çevik dövriyyəyə daxilolmasını və yenidən dönüşü üçün digər strukturlarla birgə çalışmalıdırlar: “Manatla əməliyyatlar intensivləşdikcə, milli valyutanın dönərli valyutaya çevrilmək imkanları artır və dollara tələb bu qədər yüksəlməz. Manata inamın azalması nəticəsində manat zəifləyir, dollar tələbi daha da stimullaşır. Deyək ki, milli istehsal zəifdirsə, istehlak mallarının 70 faizindən çoxu idxal hesabına təmin edilirsə, o zaman manatla məhsulunu satan sahibkar manatı dollara konvertasiya edib yenidən ölkəyə məhsul gətirməlidir. Bu zaman həmin mİqdarda dollar tələbi artır və dollar yenidən xaricə axır. Dollar tələbi artır və dollar qeybə çəkilir və ya bahalşır”.
 
M.Talıblının sözlərinə görə, amma milli istehsal güclü olanda həmin dollar tələbi yüksəlmir və dollar almaq istəyənlər belə artmır. Istehsal olunan mal və xidmətlərin satın alınması üçün əsasən manat dönərli valyutaya çevrilir və dominantlıq qazanır.
 
“Manatın kursu tam sərbəst müəyyənləşməlidir”
 
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ötən ilin gəlir və xərclərinə dair məlumatı açıqlayıb. Əvvəlki illərlə müqayisədə ictimaiyyətə nisbətən gec çatdırılan məlumatdan görünür ki, 2015-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları azalmağa üz tutub. Bu il yanvarın 1-nə olan məlumata görə, ölkənin ən iri valyuta ehtiyatlarının toplandığı ARDNF-nin aktivləri ötən ilin eyni dövrüylə müqayisədə 3 milyard 530 milyon dollar azalıb. Başqa sözlə, bu aktivlər 2012-ci il səviyyəsindən də aşağı düşüb. Bu dövr ərzində Mərkəzi Bankın valyuta ehtiyatları da 2008-ci il səviyyəsinə enib. Bütövlükdə Azərbaycanın strateji valyuta ehtiyatları bu il yanvarın 1-də 38 milyard 600 milyon ABŞ dolları olub. Bu səviyyə 2011-ci ilin ortalarındakı vəziyyətə uyğun gəlir.
 
“Ən geci, 6 aya…”
 
İqtisadçı Qubad İbadoğlu deyir ki, indi hökumətin önündəki başlıca vəzifələrdən biri də toplam valyuta ehtiyatlarının ÜDM-dəki xüsusi çəkisinin azalmasına yol verməməkdir: “Bu isə bir tərəfdən Mərkəzi Bankın valyuta ehtiyatlarının qorunmasını, digər tərəfdən ARDNF-nin gəlirlərinin artırılmasını tələb edir. Daxili və xarici bazarın konyunkturunu nəzərə alsaq, hər iki qurumun qarşısında çox mürəkkəb vəzifə durur. Manata basqının şiddətləndiyi indiki durumda Mərkəzi Bankın bu vəzifəni yerinə yetirməsi inandırıcı görünmür. Mərkəzi Bank indiki məzənnə siyasətini davam etdirsə, çox güman, ən tezi 3 aya, ən geci isə yarım ilə valyuta ehtiyatlarını tükədəcək”.
 
“Gəlirlərin artacağını proqnozlaşdırmağa dəyməz”
 
ARDNF-yə gəlincə, ekspert artıq ikinci ildir onun vəsaitlərin idarə olunmasından əldə etdiyi gəlirlərin davamlı azaldığını bildirir: “Ötən il bu fəaliyyətdən qazanılan gəlirin (335 milyon 600 min manat) ümumi gəlirdə payı 1 faiz olub. Müqayisə üçün qeyd edək ki, ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərinin aktivlərdə xüsusi çəkisi 2013-cü ildə 1.34 faiz, 2014-cü ildə isə 1.04 faiz olub. Bu istİqamətdə ən yüksək göstəricilər 2007-2009-cu illərdə qeydə alınıb (uyğun olaraq 4.5; 3.8 və 3.29 faiz). Hazırda dünya maliyyə bazarlarında risklərin artması bu sahədə işi çətinləşdirir. Odur ki, ARDNF mühafizəkar sərmayə siyasətinə uyğun olaraq, daha az riskli və sabit gəlirli aktivlərə yatırımlar edir. O səbəbdən yaxın gələcəkdə də ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlirlərinin artacağını proqnozlaşdırmağa dəyməz”.
 
Q.İbadoğlunun fikrincə, dövlətin strateji valyuta ehtiyatlarını qorumağın yeganə yolu manatın məzənnəsinin tələb və təklif əsasında sərbəst müəyyənləşdirilməsidir: “Əks təqdirdə manat yalnız Mərkəzi Bankın deyil, ARDNF-nin də valyuta ehtiyatlarını tükədəcək”.