İŞİD terrorçuları İraqda 2000 insan qətlə yetirib

İraqda bu ilin iyun ayı ərzində 2 minədək insan terrorçuların qurbanı olub. Bu barədə İraqın Səhiyyə, Daxili İşlər və Müdafiə nazirliklərinin birgə məlumatında bildirilir.  Məlumata görə, iyunda 1393 mülki şəxs, 380 polis əməkdaşı və 149 hərbçi qətlə yetirilib.
 
Xatırladaq ki, İŞİD terrorçuları iyunun əvvəlində İraqın şimalında hücuma keçərək bir neçə şəhər və rayonu ələ keçiriblər.