İŞİD terroruna qarşı rus `Su-25`ləri İraq səmalarında - VIDEO



Maidə.az-ın məlumatına görə, Bağdad səmalarında  Rusiyanın Su-25-nin görüntüsü olan  video sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Rusiya İŞİD terroru ilə mübarizə üçün İraqa bu qırıcıları satıb. Yerli KİV-lər bildirirlər ki, 3 Su-25  İraqın paytaxtı üzərində dövrə vurublar, həmçinin  aviabazadan qərbə doğru hərəkət ediblər. Mənbənin sözlərinə görə, uçuşlar  Rusiyalı mütəxəssislərin nəzarəti altında həyata keçirilib.  Belə uçuşlar gözlənilən döyüş missiyaları üçün təyyarələrin, həmçinin pilotların hazırlığını yoxlamaq üçündür.
 
Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın növbəti Mi-35M və Mi-28N hücum helikopterləri An-124 «Ruslan» nəqliyyat təyyarələri ilə  İraqa çatdırılıb. Yeni partiyada 4 Mi-35M və 3 Mi-28N helikopteri var.
Gecə görmə aparatları ilə təchiz olunan helikopterlər tam döyüş konfiqurasiyasındadır.
 
Maidə.az olaraq Su-25 qırıcılarının Bağdad səmalarında görüntülərini sizlərə təqdim edirik