Elmi nailiyyətlərdən faydalana bilməyən hər bir xalqın taleyi müstəmləkəçiliyə sürüklənməkdir -Ayətullah Xamenei (FOTO)

“Ölkənin elm və təhsilinin  inkişaf tempi azalmamalı və durmamalıdır. Əksinə daha da sürətlənməli və  ən uca zirvəyə çatmalıdır.”

Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki,  bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei  İranın koqnitiv texnologiyalar və elmi inkişaf qərargahının araşdırmaçıları,  elm naziri və universitet müəllimləri ilə görüşündə deyib. 
 
Ayətullah Xamenei bildirib ki, bəşərin elmi inkişafı, xilqətin təccüb doğuracaq, qəribə sistem və qarışıqlıqlarını daha çox tanımaq üçün açılmış pəncərələr üçün şükr etmək lazımdır. “Elm insanı  ilahi mərifətə daha da yaxınlaşdırır. Bu sahədə açılmış hər bir pəncərə Allah tərəfindən insanlara əta olunur və insanların  həyatında yeni və inanılmaz dəyişikliklər üçün zəmin yaradır. Deməli yeni elmi nailiyyətlər və texnologiyalardan faydalana bilməyən hər bir xalqın, geridə qalmaq, zəlil olmaq və böyük güclər tərəfindən müstəmləkəçiliyə sürüklənməkdən başqa taleyi olmayacaq.”
 
Ayətullah Xamenei  elmi inkişaf və yeni elmlərin öyrənilməsinə dəfələrlə və təkidlə vurğulamağın əsas səblərini də açıqlayıb. “Alimlər, araşdırmaçılar, elmi mərkəzlər ölkənin bu sahədə inkişafını, xüsusilə  yeni elmlər sahəsində  sürətini artırmaq üçün Allaha təvəkkül edərək gecə-gündüz çalışmalıdırlar. Hökmət rəsmiləri də  bu məsələyə ciddi yanaşmalıdırlar.”
 
Ayətullah Xamenei deyib ki,  son 20 ildə ölkənin elmi inkişaf tempi müsbətə doğru irəliləyir.  “Bu temp dayanmamalıdır. Daha da sürətləndirilməlidir. Gələn 20-30 ildə  ən uca zirvəsinə çatmalıdır”. 
 
Ayətullah Xamenei bildirib ki, dünyadakı elmi inkişaf tempindən bir az geridə qalsaq daha  bu  karvana çata bilməyəcəyik.  “Buna görə, elmi sürətlənmə sahəsində  heç bir dayanma olmamalıdır.” 
 
Ayətullah Xamenei bunun üçün  bir neçə tövsiyə də edib. “Birinci tövsiyəm budur ki, qərbin bütün potensialından istifadə edin. Şagirdlik etməkdən, öyrənməkdən heç vaxt çəkinməyin. Çünki  biz şagird olmaqdan utanmırıq, bəlkə  “həmişə şagird qalmağı” ar bilirik.  İkinci tövsiyyəm isə heç vaxt  qərbin proqram və tövsiyyələrinə güvənməməkdir.  Qərbililərin tövsiyyələrinə həmişə  suizənnlə baxmaq lazımdır.  Bu gün  yeni elmlər sahəsində çoxlu nailiyyətlər əldə edən Qərb ölkələri tarix boyu  xalqlara qarşı ən çox cinayətləri törədiblər.”