Çempionlar Liqası: Neymar qeyri-adi səbəbə görə final matçını buraxa bilər

Fransanın PSJ klubunun futbolçusu Neymar Çempionlar Liqasının final oyununda iştirak etməyə bilər.
 
"Report" xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı hücumçu yarımfinalda Almaniya "Leyptsiq"ini 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra rəqib oyunçu Marsel Halstenberqlə formasını dəyişib.
 
UEFA koronavirus pandemiyasına görə formaların oyunlardan sonra dəyişdirilməsini qadağan edib. Neymar bu səbəbdən bir matçlıq diskvalifikasiya edilə və 12 günlük karantinə göndərilə bilər.
 
Qeyd edək ki, PSJ finalda bu gün keçiriləcək "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.