Ermənilər Tovuzun kəndlərini atəşə tutdu, kənd sakini həyatını itirib

Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub.
 
Trend-in məlumatına görə, erməni hərbi birləşmələrinin Tovuz rayonunun Ağdam kəndini atəşə tutması nəticəsində kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həyatını itirib.
 
Erməni hərbçiləri Azərbaycan kəndlərini atəşə tutmaqda davam edir.