ETİRAZ AKSİYASINDA SAXLANILANLAR MƏHKƏMƏYƏ ÇIXARILDI

AİP sədrinin müavini Hacı Akif Heydərli saxlanılan şəxslərlə bağlı məlumat verib

Bu gün Beynəlxalq Qüds günü ilə əlaqədar Qəzzada baş verən qətliama etiraz etmək üçün İsrail səfirliyinin qarşısında aksiya keçirən AİP fəalları məhkəmə qarşısına çıxarılıb.
 
Həbs olunan şəxslərdən birinin Maide.az-a verdiyi məlumata görə, saxlanılan 52 nəfərdən 8-i qadın olmaqla əksər aksiyaçıların cərimələndiyi bildirilir. 
 
Onlardan 5 nəfər, AİP sədr əvəzi Hacı Elcin Manafov,  sədrin təşkilati işlər üzrə müavini Vüqar İbayev, partiyanın Qadınlar Surasının sədri Növrəstə İbrahimova,   Neftcala rayon şöbəsinin üzvü Mirmehdi Bağırov, partiya üzvü Səbuhi Səimov Yasamal Rayon Məhkəməsinə aparılıb. Hazırda 5 nəfərin məhkəmə prosesi gedir. Digər aksiyasçılar hər biri 51 manat cərimələniblər. 
İslamazeri.az saytı Azərbaycan İslam Partiyası (AİP) sədrinin siyasi məsələlər üzrə müavini Hacı Akif Heydərli ilə saxlanılan şəxslərin taleyi ilə bağlı əlaqə saxlayıb.   

O sayta açıqlamasında qeyd edib ki, “Bildiyiniz kimi beynəlxalq Qüds günü 1982-ci ildən İmam Xomeyni tərəfindən elan olunub.  Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da əsasən işğala, zülmə qarşı dirçəliş günü kimi qeyd olunur. Azərbaycanda 20 faiz torpaqlar işğal altındadır, bu günü qeyd eləmək Azərbaycan üçündə önəmlidir. Azərbaycan əhalisi, əsasən Azərbaycan İslam Partiyası həmişə olduğu kimi bu günü xüsusilə qeyd edir. Bu gün ki aksiyada 100-ə yaxın iştirak etdi. Amma təəssüflər olsun ki, Azərbaycan polisi 44 nəfəri saxladı. Onlar hal hazırda Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsində saxlanılırlar. Aldığım son məlumata görə orada saxlanılanlardan bəzilərinin işi Yasaml Rayon məhkəməsinə gedəcək. Ola bilsin ki, cərimə olunacaqlar, ola bilsin ki, sutkalıq cəza alacaqlar. Əlbəttə ki, bütün baş verənlər insanların mübarizə əzmini qırmır. Amma təbii olaraq Azərbaycanda bu cür etirazlara şərait yaradılmalıdır. Saxlanılanların içərisində AİP sədr əvəzi hacı Elçin Manafov, AİP-in təşkilat məsələləri üzrə sədr müavini Vüqar İbayev, digər partiya üvləri və inanclılar var.”