Fələstinli qaçqınların öz torpaqlarına qayıtmaq hüququndan heç vaxt geri çəkilməyəcəyik

"7 milyon fələstinli qaçqının Fələstindəki ata-baba yurdlarına və öz şəhər və kəndlərinə geri dönmək istəməsi onların qanuni haqqıdır və biz onların bu qanuni hüquqlarını qorumaqdan heç  vaxt geri çəkilməyəcəyik . Bu məqsədimizə çatmaq üçün nə lazımdırsa edəcəyik."
 
Maide.az xəbər verir ki, bunu   Həmas İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə  Livandakı Fələstinli qruplarla görüşündə deyib. 
 
 
İ.Haniyə Qüds Qılıncının döyüşünə toxunaraq dedi: "Bu döyüş müqavimət seçimi üstündə Fələstin xalqını ölkə daxilində və xaricində birləşdirdi və bütün Fələstinlilər müqavimətə öz dəstəklərini göstərdilər. 
 
 "Müqavimət indi bir çox üstünlüklərə sahibdir və işğalçılara qarşı geniş çəkindirmə vasitələri yarada bilib.”
 
O qeyd edib ki, biz Qəzza zolağını yenidən quracağıq. 
 
Qeyd edək ki, İ.Haniyə Livana səfər çərçivəsində bu ölkənin prezidenti, digər rəsmilər və  Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahla görüşüb.