Fələstinlilərin təqribən 80 faizi Mahmud Abbasın istefasını istəyir

Fələstin Siyasi Araşdırmalar və Statistika Mərkəzininin apardığı sorğunun nəticəsinə görə, fələstinlilərin təqribən 80 faizi  Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbasın istefasını istəyir. 
 
 Maide.Az “samanews”- a istinadla xəbər verir ki, sorğuda iştirak edən fələstinlilərin 78 faiz M.Abbasın istefasını, 19 faizi isə onun öz vəzifəsində qalmasını istəyib. 
 
Fələstin Siyasi Araşdırmalar və Statistika Mərkəzi yayımladığı məlumatda bildirib ki, altı ay öncə aparılmış sorğuda fələstinlilərin 68 faizi Mahmud Ababsın istefasını istəyirdi. 
 
Qeyd olunub ki, sorğu  15-18 sentyabr 2021-ci ildə  Qəzza zolağı və  İordan çayının qərb sahili bölgəsində yaşayan fələstinlilər arasında aparılıb. Sorğuda 1270 nəfər iştirak edib.