Fələstində FİFA prezidentinə etiraz etdilər – Buna görə

Dünya Futbol Federasiyası (FİFA) prezidentinin Dünya Kubokunun işğal olunmuş Fələstinin ərazilərində (İsraildə) keçirilməsini dəstəkləyən sözləri etiraza səbəb olub.

 
Maide.Az “RT Arabi”ə istinadla xəbər verir ki, FİFA prezidenti Canni İnfantino Beytül-Müqəddəsdə Fridman Sülh Mərkəzində keçirilən konfransda çıxışı zamanı işğalçı İsrail rejimi və bəzi ərəb ölkələri arasında əlaqələrin adiləşməsi fonunda işğalçı rejim və ərəb qonşuları arasında keçiriləcək Dünya Kubokuna sionist rejimin ev sahibliyi etməsinə kömək edə biləcəyini bildirib.
 
O, bu addımın regional əməkdaşlığa səbəb ola biləcəyini vurğulayıb.
 
FİFA prezidentinin bu sözləri Fələstinlilərin qəzəbinə səbəb olub. Buna etiraz olaraq FİFA rəhbərinin Fələstin Futbol Birliyinin sədrinin görüşü ləğv edilib.
 
Fələstin Xarici İşlər Nazirliyi FİFA prezidentinin bu çıxışını ekstremist mövqe, işğalı dəstəkləmək, müstəmləkəçilik və beynəlxalq hüquqa qarşı digər cinayətlərə dəstək kimi gördüyünü və Fridmanın Fələstin xalqının hüquqlarını inkar etməyə çalışdığını ifadə edib.