Fiqu və Kaka Pakistanda - Fotolar

Yaxın keçmişin əfsanəvi futbolçuları portuqaliyalı Luiş Fiqu və braziliyalı Rikardo Kaka Pakistana gediblər.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Karaçi şəhərinə gedən keçmiş futbolçular futbol akademiyasının təlimlərində iştirak edəcəklər.
 
Fiqu mətbuat konfransında bildirib ki, Pakistanda futbolun təbliği və beynəlxalq arenada tanıtdırılması üçün də çalışacaqlar.
 
Kaka isə pakistanlı gənc futbolçulara məsləhətlər verib, xəyallarına çatmaq üçün çox çalışmalı olduqlarını söyləyib.
 
Qeyd edək ki, Kaka və Fiqu Karaçidən sonra Lahor şəhərində də müxtəlif tədbirlərə qatılacaqlar.