Fitr bayramının 2 önəmli xüsusiyyəti

Ali Lider AyətullahSeyyid Əli Xameneyi cənabları Fitr bayarımının iki mühüm xüsusiyyətinə işarə etmiş və Fitr bayramı namazını Ramazan ayındakı İlahi nemətlərə şükür olunması kimi qiymətləndirmişdir. (Tebyan)

 

Bir ay İlahi ziyarətdən sonra indi növbə İlahi dərgahın bayramına gəlib çatmışdır. Mömin və Allah axtarışında olan hər bir insan Fitr bayramının namazını qılıraq, eşq dolu ürəyi ilə səcdə edər və şükrünü yerinə yetirər.

 

Ali Lider  bu haqda buyurur: “Fitr bayramı - həm müsəlmanların bayramıdır və həm də onların bir yerə toplaşdığı gündür. Bütün ürəklərin bir anda bir yerə diqqət etməsi - İslam ümməti üçün böyük bir fürsətdir. Bu, elə bir gündür ki, Allah Təalaya rəğbət nişan verilər. Elə bir gündür ki, insan Allaha yalvarar. Bu bayram - diqqət bayramıdır. Biz bu namazda Allaha deyirik:

 

İman, əxlaq və əməl cəhətdən seçilmişləri daxil etdiyin behiştinə bizləri də daxil et”.

 

“Və o cəhənnəmdən ki, nalayiq əməl, nalayiq əxlaq və nalayiq əqidədən xilqət aləmini saxlamısan, bizi ondan xaric et”.

 

Bu böyük hədəfi bayram günündə özümüz üçün müəyyən edir və onu Allahdan istəyirik. Bizim özümüzün vəzifəmiz vardır və səy edirik ki, bu sirat yolunda qala bilək. Bu, həmin təqvadır.

 

Fitr bayramının iki mühüm xüsusiyyəti vardır. Onlardan biri möminlərin can və ürəyində yaranan təharət və paklıq halıdır. Möminlər bir ay ərzində öz iradələri ilə hər bir dünya ləzzətini tərk edir və nəfsani istəklərinə qalib gəlirlər.

 

İkinci xüsusiyyət odur ki, Quranla yaxın olurlar. İlahi kəlamları oxuyur, Quran maarifi ilə tanış olur, zikr edir, dua edir və Allahla rabitə qururlar. Xüsusilə də gecələrində, Qədr gecəsi kimi. Bütün bunlar ürəyə bir nuranilik verər. İnsan canını paklayar və təharətli edər.

 

Fitr bayramının bizlərə verdiyi dərs odur ki, Allah axtarışda olan insanın ürəyi bütün dünya ləzzətlərinə və nəfsani istəklərə qalib gələ bilər. Bu, bizim üçün mühüm bir nöqtədir. Bəzən insan özünə təqlin edir ki, nəfsani istəklərinə qalib gələ bilməz. Lakin Ramazan ayının orucu insana sübut edir ki, nə zaman iradə etsə, bütün istəklərinə qalib gələ bilər. Bizim varlığımızda meydana gələn hər cür çirkin adət və rəftardan güclü iradəsi ilə, Allaha təvəkkül edərək özünə nicat verə bilər.

 

Bu gün bütün dünya müsəlmanları üçün bayramdır. Bu, elə bir gündür ki, müsəlmanlar bir aylıq oruc, ibadət, diqqət, zikr, İlahi nuraniyyət üçün ürəklərini hazır ediblər, namaz qılaraq bir-birinin ətrafında toplaşarlar. Gərək İslam dininin bütün bayramları elə olsun ki, biz müsəlmanların ürəyini bir-birinə yaxınlaşdırsın. Bu gün müsəlmanların hər zamandan daha çox buna çox ehtiyacı vardır”. /