Gənc gözəlliklərin, parlaqlıqların, yaxşılıqların, istedad və imkanların toplusudur

Gənc gözəlliklərin, parlaqlıqların, yaxşılıqların, istedad və imkanların toplusudur. O, qocalığa doğru getdikcə bu istedadlar, imkanlar davamlı olaraq qeyri-gözəlliyə doğru azalır. Hətta mənəvi baxımdan nə qədər irəli getsəniz, fəaliyyətiniz çox olsa, istedadınız, imkanlarınız davamlı olaraq bir o qədər azalır. İstedad çox mühüm şeydir. İstedad bacarıq deməkdir və bacarıq çox mühüm şeydir.
 
Gəncin vücudunda olan bütün bu müsbət, maraqlı və parlaq potensiala baxmayaraq, onun çox böyük bir problemi var. Bu, qərarsızlıq, səbatsızlıqdır. Tərəddüd ehtimalı yaş çoxaldıqda azalır. Diqqət edirsiniz? Bu problemi unutmayın. Özünüzdə və başqalarında bu problemə əlac edin. Elə bir iş görün ki, etiqadınızda səbat olsun. Baxın, görün, siz dualarda nə qədər “səbat əl-yəqin” ifadəsini oxuyursunuz! Cümə gününün səhər duasında oxuyuruq: “Bizə yəqində səbat, qərarlılıq və sırf ixlas əta et!” Ramazan duasında oxuyuruq: “İlahi, mən səndən elə bir iman istəyirəm ki, səninlə görüşənədək heç sonu olmasın! Səndən elə bir iman istəyirəm ki, həyatda olduğum müddətcə bitməsin. Bu imanı mənim üçün saxla. Canımı alıncaya qədər saxla”. Yəni canımı imanlı olduğum halda al. “Hətta qiyamət günü məni (qəbirdən) qaldıracağın zaman belə imanla qaldır!” Bu duadır!
 
İmamın (ə) Əbu Həmzə Sumali duasında, bu mənəvi zənginlik, mənəvi əhval-ruhiyyə dolu halda Allahdan istədiyi budur. Bu məlum istəyin vacib ehtiyac olduğunun göstəricisidir. Diqqət edirsinizmi?
 
Gəncə səbat lazımdır. Bu səbat öz-özünə əldə olunmur. Onu tapmaq, əldə etmək lazımdır. Gənc daim tərəddüdə, qərarsızlığa məruz qalır. Əlbəttə, bütün cavanlar belə deyillər. Hər bir gəncin belə olduğunu demək istəmirəm. Hər halda bu qərarsızlıq istedadı da digər istedadlar kimi cavanlarda mövcuddur. Bu, bir mənada yaxşı istedad deyil. Əlbəttə, bir mənada da yaxşıdır. Bunun özündən də istifadə etmək olar. Davamlı olaraq daha yaxşılığa doğru, yüksəkliyə doğru getmək olar. Lakin ehtiyatlı olmaq lazımdır ki, bu yanlışlığa yönəlmək, sürüşkənlik vasitəsi, yoldan çıxmaq, Allahdan uzaqlaşmaq üçün bir dəstavüz olmasın. İnsanın özünü qorumalı olduğu uçurumlara yuvarlanması ilə nəticələnməsin.
 
Ali lider Ayətullah Seyyid Əli Xamenei