Gəncə olaylarında öldürülən gəncin bacısı kömək istəyir - Foto

Gəncə olayları ilə bağlı kirayə qaldığı evdə polisə müqavimət ittihamı ilə güllələnərək öldürülən Anar Bağırovun bacısı Aynur Bağırova həyatının təhlükə altında olduğunu, təhdid edildiyini bildirir. Maide.az xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə paylaşm edib. 
 
Aynur Bağırova bildirir ki, onu Ağır Cinayətlərə dair Məhkəməyə çağırıblar. “Məni çox qorxuzdular. Güclə mənə öz vəkillərini qəbul etdirdilər. Şəhid qardaşıma görə, ittiham dolu bir sıra sənədləri imzalatdılar. Razı olmayanda Gəncə məhbuslarına işgəncə verən müstəntiq Orxan Babayevi, bir polisi və prokurorluğun işçisini otağa dəvət etdilər. Nə fikirləşmişdilər bilmirəm. Ancaq bunun adı zordu. Zorla sənədləri mənə imzalatdılar." - deyə Aynur Bağırova yazıb. O, hüquq müdafiəçilərindən kömək istəyir.