Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Mübarək adların paltar üzərində çap edilməsi haqqında sualın cavabını təqdim edir:
Sual: Quran ayəsi və ya Məsumların (ə) adlarını paltar üzərinə, xüsusilə qara paltarın üzərinə yazmaq və ya çap etməyin hökmü nədir? Nəzərə almaq lazımdır ki, əl və bədənlə tamasdadır. Bu paltarlardan istifadə etməyin hökmü nədir?
Cavab: Eybi yoxdur, amma onun barəsindəki şəri hökmlərə riayət etmək vacibdir. Yazılara hörmətsizlik etməkdən, nəcis bulaşdırmaqdan və dəstəmazsız əl vurmaqdan çəkinilməlidir.