Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Ətin içində qalmış qanın hökmü haqqında sualın cavabını təqdim edir:
Sual: Kəsilmiş heyvanın ətinin içində qalmış qan halaldırmı?
Cavab: Əgər kəsildikdən sonra təbii şəkildə qanı axarsa, bədənin daxilində qalan qanın murdar olmamasına baxmayaraq, onu yemək haramdır. Amma bişirildiyi zaman yeməyin içində aradan gedərsə və ya ətin içində olub onun bir hissəsi sayılarsa, onda onu yeməyin eybi yoxdur.