Gündəlik hökmlər: Estetik əməliyyat

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Estetik əməliyyat  haqqında sualın cavabını  təqdim edir:  
 
Sual: Qadınların estetik əməliyyat etməyinə icazə varmı?
 
Cavab: Əgər diqqəti cəlb edəcək dərəcədə zərəri olmazsa, öz-özlüyündə eybi yoxdur. Amma yaddan çıxarmayın ki, estetik əməliyyat müalicə xarakteri daşımır və bu zaman naməhrəm həkimin baxması və toxunması caiz deyil. Yalnız bəzi hallar - yanğın və başqa hadisələr zamanı - müalicə məqsədi və naməhrəm həkimə ehtiyac zərurəti istisnadır.