Gündəlik hökmlər: Başqalarının internetindən icazəsiz istifadə etməyin hökmü

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin   Basqalarının internetindən icazəsiz istifadə etməyin hökmü haqqında sualın cavabını  təqdim edir:  
 
Sual: Mobil telefondan istifadə etməklə başqalarının internet kodunu sındırıb icazəsiz onların internetindən istifadə etmişəm. İndi vəzifəm nədir? Təəssüflər olsun ki, onların bəzilərini də tanımıram.
 
Cavab: Gərək tövbə edəsiniz, internet sahiblərini tanıdığınız və onlarla əlaqə saxlaya biləcəyiniz təqdirdə, həmin şəxslərə istifadə etdiyiniz  internetin xərcini ödəməli və ya onların razılığını almalısınız. Əgər internet sahiblərini tanımırsınızsa və ya onlarla əlaqə saxlaya bilmirsinizsə, o miqdarı həmin şəxslər tərəfindən yoxsula sədəqə verməlisiniz.