Gündəlik hökmlər: Kafirin murdar olması

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Kafirin murdar olması haqqında sualına cavabını  təqdim edir: 
 
Sual: Müsəlmandan başqası murdardırmı? Əgər onun əli və ya bədəni yaş ikən bir şeyə toxunarsa, həmin şey murdardımı?
 
Cavab: Əgər müsəlmandan başqası ilahi dinlərdən heç birinə inanmazsa murdardır və əli, yaxud bədəni yaş ikən bir şeyə toxunarsa, həmin şey də murdardır. Lakin məsihilər, yəhudilər, zərdüştlər və sabiilər kimi ilahi dinlərin tərəfdarları pakdırlar.