Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Yaddan çıxmış qunut haqqında sualına cavabını təqdim edir:
Sual: Əgər namazda qunut tutmağı unutsaq, onu cübran etmək üçün bir yol varmı?
Cavab: Əgər rükuda yadınıza düşsə ki, qunut tutmamısınız, rükudan sonra qunut tutmaq müstəhəbdir. Əgər səcdədə yadınıza düşsə, müstəhəbdir ki, namazın salamından sonra qunut tutasınız.