Gündəlik hökmlər: Vətəndən eraz etməyin (tərki-vətənin) hökmü

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Vətəndən eraz etməyin (tərki-vətənin) hökmü  sualına cavabını  təqdim edir:
 
Sual: Əgər bir nəfər vətənindən eraz etmədən başqa bir şəhərdə yaşamaq üçün öz vətənindən çıxarsa və bir daha vətənə qayıdıb orada yaşamayacağına da əmin olarsa, bu zaman onun üçün vətən hökmü qüvvədədir ya yox?
 
Cavab: Eraz (tərki-vətən) gerçəkləşir və qeyd olunan məntəqə onun üçün vətən hökmünü daşımır.