Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Qadınların namazda "Həmd" və "surə"ni uca qılması sualına cavabını təqdim edir:
Sual: Qadın "Sübh", "Məğrib" və "İşa" namazlarında "Həmd" və "surə"ni uca qıla bilərmi?
Cavab: Qadın "Sübh", "Məğrib" və "İşa" namazlarında "Həmd" və "surə"ni həm uca, həm də ahəstə qıla bilər. Amma onun səsini naməhrəm eşidərsə, yaxşı olar ki, ahəstə qılsın.