Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin İstifadə edilməyən paltar və əşyaların xümsü sualına cavabını təqdim edir:
Sual 7. Mükəlləfin şəninə uyğun olan, amma xüms ilinin sonunadək istifadə edilməyən paltarların və bu kimi əşyaların xümsünü vermək vacibdirmi?
Cavab: Əgər bu paltarlar və əşyalar alındığı zaman onlara ehtiyac olubsa, yəni həmin zamanda – hətta ehtiyac duyulduqda istifadə olunması üçün – alınmalı idisə, onlara xüms düşmür, baxmayaraq ki, xüms ilinin sonunadək istifadə edilməyibdir.