Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Sübh namazının vaxtının bitdiyinə şəkk etdikdə sübh namazının niyyəti haqqında sualına cavabını təqdim edir:
Sual. Əgər sübh namazını qılmaq istəyərkən günəşin doğub-doğmadığını dəqiq bilməsək, namazı hansı niyyətlə qılmalıyıq?
Cavab: Günəşin doğduğuna yəqin etməyənədək namazı əda niyyəti ilə qıla bilərsiniz. Hər bir halda, həmin günün sübh namazı niyyəti ilə – əda və ya qəza niyyəti etmədən – namazı qıla bilərsiniz.