Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Ata-ananın xərci haqqında sualına cavabını təqdim edir:
Sual: Valideyni saxlamağın xərci kimin öhdəsindədir? Oğlanların ya qızların? Əgər valideynin özünün gəlir və imkanı varsa, bu zaman onları saxlamaq kimin öhdəsindədir?
Cavab: Əgər ata və ya ananın kifayət qədər gəliri varsa, onların yaşayış xərcləri heç kimin öhdəsində deyil; əks-təqdirdə, övladların (həm oğlanın, həm də qızın) öhdəsindədir. Bu hökmdə övladlar arasında heç bir fərq və üstünlük yoxdur. Valideynlə elə davranmaq lazımdır ki, onlar əziyyətə düşməsin və onlara hörmətsizlik olmasın.