Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Şəri həddi-büluğa çatmamışdan öncə əldə edilən gəlirlər haqqında sualına cavabını təqdim edir:
Sual: Şəri həddi-büluğa çatmamışdan öncə gəlirləri olan bir şəxsin xüms ilinin başlanğıcı ilk gəlirini qazandığı gündür, yoxsa şəri həddi-büluğdan öncə əldə edilən gəlirlər əsas götürülmür?
Cavab: Xüms ilinin başlanğıcı ilk gəlirin – hətta şəri büluğa çatmamışdan öncə – qazanıldığı gündür.