Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Allahdan qeyrisinə and içməyin hökmü haqqında sualına cavabını təqdim edir:
Sual: Qurana, İmam Hüseynə (ə), Həzrət Abbasa (ə) and içmək Allaha and içmək hökmündədirmi?
Cavab: Allah-Taalanın adlarından qeyrisinə and içmək şəri and hesab edilmir və vəzifə yaratmır. Belə anddan çıxmağın kəffarəsi yoxdur. Amma hər bir halda, yalandan and içmək günahdır.