Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Başa və ya ayağa yenidən məsh çəkməyin hökmü haqqında sualına cavabını təqdim edir:
Sual: Əgər başa və ya ayağa məsh çəkərkən məshin, xüsusilə də başa çəkdiyimiz məshin düzgün və kamil olduğuna əmin olmasaq və yenidən məsh çəksək, dəstəmaz düzgündürmü?
Cavab: Əgər şəkkiniz vasvasılıqdan irəli gəlmirsə, yenidən məsh çəkin. Amma diqqət etməlisiniz ki, məsh yeri quru olmalıdır.