Gündəlik hökmlər: Kənddən şəhərə iki gediş-gəliş yolunun olması

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Kənddən şəhərə iki gediş-gəliş yolunun olması haqqında sualına cavabını  təqdim edir:
 
Sual: Bir kəndin şəhərə iki gediş-gəliş yolu var ki, onlardan biri 19 km, digəri isə 22 km-dir. Əgər bir şəxs şəhərə 19 km olan yol ilə getsə, amma qayıdarkən 22 km olan yol ilə qayıtsa, onun namazı tamdır, yoxsa qəsrdir?
 
Cavab: Nəzərə alsaq ki, şəri məsafənin reallaşması üçün gediş yolu 4 fərsəxdən (yəni 20,5 km-dən) az olmamalıdır, onun namazı tamdır.