Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Maddi ziyan vuran şəxs ziyanı ödəməkdə xəcalət çəkdiyi halda onu ödəməyin yolu haqqında sualına cavabını təqdim edir:
Sual: Mən əvvəllər bir şəxsə maddi ziyan vurmuşam. İndi isə həmin şəxsin yanına gedib, ziyanı ödəməyə xəcalət çəkirəm. O pulu həmin şəxsin tərəfindən fəqirə sədəqə verə bilərəmmi?
Cavab: O pulu sədəqə vermək kifayət etmir və ziyanın məbləğini həmin şəxsin özünə verməlisiniz. Bu işi onun xəbərdar olmayacağı bir şəkildə də edə bilərsiniz, məsələn, bir şəxsin vasitəçiliyi ilə pulu ona çatdıra və ya onun bank hesabına, kartına köçürə bilərsiniz.
