Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Dırnaqda lak olduqda, dəstəmaz və qüslün hökmü sualına cavabını təqdim edir:
Sual: Əl və ayaq dırnaqlarında lak olduqda, dəstəmaz və qüslün hökmü nədir?
Cavab: Dəstəmaz alarkən əl dırnaqlarında lak və ya başqa bir maneə olmamalıdır. Amma ayaq dırnaqlarının biri laksız olub onun üzərinə məsh çəkilərsə, dəstəmaz düzgündür.
Qüsl edərkən isə, əl və ayaq dırnaqlarının hamısı təmiz (laksız) olmalıdır, yəni dırnaqlarda suyun dırnağa dəyməsinə mane olan heç bir şey olmamalıdır.
