Gündəlik hökmlər: Tərəxxüs həddi ilə şəri məsafənin fərqi

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Tərəxxüs həddi ilə şəri məsafənin fərqi haqqında  sualına cavabını  təqdim edir:
 

Sual:

1. Tərəxxüs həddi ilə şəri məsafənin fərqi nədir?
2. Əgər gəzintiyə çıxsaq və şəri məsafəni qət etmək niyyətimiz də olmasa, amma şəhərdən şəri məsafə qədər uzaqlaşsaq, namazımız qəsr olacaqmı?
 
Cavab:
1. Şəri məsafə səkkiz fərsəxdir (təxminən. 41 kilometr). Bu məsafə gediş-qayıdış birlikdə də hesablana bilər, amma bu halda gediş istiqamətində ən azı 20.5 kilometr məsafə qət edilməlidir. Amma tərəxxüs həddi o yerə deyilir ki, şəhərdən uzaqlaşdıqda, daha həmin yerdə şəhərin azan səsi eşidilmir.
2. Əgər müsafir səfərə çıxarkən şəri məsafəni (istər təkcə gediş istiqamətində, istərsə də gediş-qayıdış birlikdə) qət etmək niyyətində olmayıbsa, yaxud şəri məsafəni qət edib-etməyəcəyi barədə tərəddüddə olubsa, onun namazı tamdır, baxmayaraq ki, təsadüfən şəri məsafəni qət etmişdir. Amma əgər qayıdarkən qət edəcəyi məsafə səkkiz fərsəx olacaqsa, qayıdarkən onun namazı qəsrdir.
 
Qeyd: Aparılan araşdırmalara görə, tərəxxüs həddi şəhərin sonundan, təxminən, 1350 metrlikdədir.