Günün hədisi: Borc alınan qızılın qaytarılması

Maide.Az "Leader.ir" saytına istinadən  Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin  Borc alınan qızılın qaytarılması haqqında sualına cavabını  təqdim edir: 
 
Sual: Ötən il borc aldığım qızıl bu il bahalaşıb. Mən borcumu ötən ilki məzənnə ilə ödəməliyəm, yoxsa bugünkü məzənnə ilə?
 
Cavab: Əgər qızılın özünü borc alıbsınızsa, onun qiymətinin dəyişilməsinə baxmayaraq, elə qızılın özünü qaytarmalısınız (qiymətini yox). Amma əgər borc alarkən borc sahibi qızılı satıb, sizə pulunu veribsə, bu zaman qızılın qiymətinin günün məzənnəsinə uyğun qaytarılmasını şərt edə bilməz. Əlbəttə, əgər infilyasiyaya görə pulun cübranını şərt edərsə, bunun eybi yoxdur.