Görəsən, bu evin qonaqları içində biz də varıqmı?

İlahi ziyafət süfrəsinin açıldığı mübarək Ramazan ayı, Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan rəvayətə əsasən, bir aydır ki, əvvəli rəhmət, ortası məğfirət, sonu isə Cəhənnəm odundan qurtuluşdur. İllər öncə İslam İnqilabının rəhbəri İmam Xomeyni müxətlif mövqelərdə mübarək Ramazan ayının fəziləti, məqam və mənziləti ilə bağlı dəyərli nöqtələrə toxunmuşdur ki, biz burada həmin nöqtələrdən bir qisminə işarə edirik:

“Bu ilahi ziyafət və qonaqlıq, bütünlüklə, tərk etməkdən – yemək və içmək kimi istək və meyillərin tərkindən ibarətdir. Allah bizi Özünün qonaq evinə daxil olmaq üçün dəvət etmişdir və bu ziyafətdə nəfsi istəklərin, xudbinliyin, eqoistliyin tərkindən başqa bir şey yoxdur. Bütün bunlar bu qonaq evindədir. İndi isə biz özümüzdən soruşmalıyıq ki, bu qonaq evinə daxil olmuşuqmu? Bu evin qonaqları içərisində biz də varıqmı? Baxıb görək, bizi bu qonaqlığa yol veriblər, ya yox? Biz bu ilahi ziyafətdən bəhrələnə bilirik, ya yox?” (“Səhifeyi-İmam”, c.13, səh.36, Tir/1359.)

Bu mübarək Ramazan ayında özünüzü ruhani-mənəvi qüvvətlərlə tərif edin. Bir hədisdə Peyğəmbəri-Əkrəm (s) belə buyurur:

إنَّهُ قَد أقبَلَ إلَیکُم شَهرُ اللّه... هُوَ شَهرٌ دُعیتُم فیهِ إلى ضِیافَةِ اللّه

Həqiqətən, Allahın ayı sizə üz tutmuşdur... Bu bir aydır ki, Allah sizi bu ayda Öz ziyafətinə dəvət etmişdir.

Allahın ziyafəti insanların ziyafəti ilə fərqlənir. Bir nəfər sizi qonaqlığa dəvət edirsə, orada halına və istəyinə uyğun nəsə yeyib-içir və əylənirsən. Mübarək Ramazan ayında Allahın ziyafət və qonaqlığının bir şöbəsi orucdur, yemək-içməyi təkr etməkdir. Budur Allahın qonaqlığı! Digər mühüm bir şöbəsi isə Quran adlı qeybi və səmavi süfərdir. Siz bu mübarək ayda Allahın qonaqlarısınız. Ev sahibi sizi oruc tutmağa məcbur edir. (“Səhifeyi-İmam”, c.13, səh.30, Tir/1359.)

Ev sahibi böyükdür, biz qonaqlar isə heç kimik! Biz özümüzü yaxşı tanıyırıq, heç kim olduğumuzu yaxşı bilirik. Lakin o böyük Allah Öz xas inayətlərini bizə bəxş etmiş, bizi qonaq qəbul etmişdir. Bizi Öz inayəti ilə buna layiq bilmiş, yüksəltmiş, Ramazan ayında Quranı nazil etdiyi kimi, Öz lütf və mərhəmətini də bizə nazil etmişdir.

Bəli, biz özümüzü tanıyırıq, Allaha yaxşı qonaq deyilik. Əgər Allahın qonaqları Peyğəmbəri-Əkrəm (s) və hidayət imamlarıdırsa, artıq, nə deyə bilərik. Allahın onlar üçün açdığı süfrəyə bizim əlimiz çata bilməsə də, Onun lütf və mərhəmətinə, Onun inayətlərinə sığınmış və arxalanmışıq. (“Səhifeyi-İmam”, c.18, səh.497.)

Maide.az – Maarif bölümü