Göyçayda güclü külək fəsad törətdi

 

 
Dünən axşam saatlarından başlayaraq əsən güclü külək Göyçayda bir sıra fəsadlara yol açıb.  
 
Axar.az-ın yerli bürosunun verdiyi xəbərə görə, güclü külək nəticəsində rayonun Nizami küçəsində iri gövdəli çinar ağacı aşaraq yolu kəsib. Nəticədə yolun bir hissəsi bağlanıb və avtomobillərin hərəkətində çətinliklər yaranıb.  
 
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.