Hərbi təlim fotolarda

Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat-taktiki təlimi davam edir

Xəbərçi  Silahlı Qüvvələr və başqa silahlı birləşmələrlə birgə əməliyyat-taktiki təlimin iyunun 26-dan etibarən başlamış fəal fazası çərçivəsində əməliyyatın birinci günü silahlı təcavüzün dəf edilməsi və əks-hücum üzrə təlim sualları tam işlənmiş, qarşıya qoyulan təlim-döyüş tapşırıqları uğurla yerinə yetirilmişdir.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 27-də əməliyyatın növbəti mərhələsində təcavüzkar ölkənin tam məğlubiyyətə uğradılması, onun birləşmə və hissələrinin darmadağm edilməsinin başa çatdırılması məqsədi ilə əks-hücum əməliyyatının inkişaf etdirilməsi üzrə təlim sualları işlənmişdir.
 
Bu mərhələdə Silahlı Qüvvələrin təlimlərə cəlb edilən birləşmə və hissələri qoşunların qruplaşmasını həyata keçirir, geri çəkilən düşmən qüvvələrini təqib edərək ona maksimal itki verdirir. 
 
Əməliyyat ehtiyatları avtomobil və dəmir yolu ilə ölkənin dərinliyindən əməliyyat bölgəsinə daşınır. Ehtiyatların döyüş fəaliyyətlərinə qısa zamanda hazırlanmasını təmin etmək məqsədi ilə təlim mərkəzlərində tezləşdirilmiş proqram üzrə döyüş hazırlığı tədbirləri keçirilir.