HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 2

-- Rəcəb ayında oruc tutan şəxs, sanki yenidən dünyaya gəlir

Rəcəb ayında oruc tutan şəxs, sanki yenidən dünyaya gəlir:

«عَنْ أَبِي جَعْفَرٍ مُحَمَّدِ بْنِ عَلِيٍّ (ع) قَالَ مَنْ صَامَ مِنْ رَجَبٍ يَوْماً وَاحِداً مِنْ أَوَّلِهِ أَوْ وَسَطِهِ أَوْ آخِرِهِ أَوْجَبَ اللَّهُ لَهُ الْجَنَّةَ وَ جَعَلَهُ مَعَنَا فِي دَرَجَاتِنَا [دَرَجَتِنَا] يَوْمَ الْقِيَامَةِ وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ رَجَبٍ قِيلَ لَهُ اسْتَأْنِفْ فَقَدْ غُفِرَ لَكَ مَا مَضَى وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ رَجَبٍ قِيلَ لَهُ غُفِرَ لَكَ مَا مَضَى وَ مَا بَقِيَ فَاشْفَعْ لِمَنْ شِئْتَ مِنْ مُذْنِبِي إِخْوَانِكَ وَ أَهْلِ مَعْرِفَتِكَ [مَغْفِرَتِكَ‏] وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ رَجَبٍ أُغْلِقَتْ عَنْهُ أَبْوَابُ النِّيرَانِ السَّبْعَةُ وَ مَنْ صَامَ ثَمَانِيَةَ أَيَّامٍ مِنْ رَجَبٍ فُتِحَتْ لَهُ أَبْوَابُ الْجِنَانِ الثَّمَانِيَةُ فَيَدْخُلُهَا مِنْ أَيِّهَا شَاءَ»؛

İmam Baqir (ə) buyurub: “Hər kəs Rəcəb ayının əvvəli, ya ortası və ya axırından bir gün oruc tutarsa, Allah-Taala cənnəti ona vacib edəcək və onu qiyamət günü bizimlə bir yerdə məşhur edəcəkdir.

Hər kəs Rəcəb ayında iki gün oruc tutarsa, (Allah tərəfindən) ona deyilər: “Bu gün yenidən həyatına başla (və yaxşı əməllər et) ki, sənin keçmiş günahların bağışlandı.”

Hər kəs Rəcəb ayında üç gün oruc tutarsa, ona deyilər: “Sənin keçmiş və gələcək (səhvən edəcəyin) günahların bağışlandı. Mömin qardaşlarından kimi istəyirsənsə (Allahın izni ilə) şəfət et!”

Hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa, yeddi cəhənnəmin qapısı onun üzünə bağlanacaqdır.

Hər kəs Rəcən ayında səkkiz gün oruc tutarsa, səkkiz cənnətin qapısı onun üzünə açıq olacaq və hansı qapıdan istəsə, daxil olacaqdır.”

(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir)