HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 3

-- Rəcəb ayında yaxşı əməllərin savabı ikiqat yazılır...

Rəcəb ayında yaxşı əməllərin savabı ikiqat yazılır:

«قَالَ أَبُو الْحَسَنِ (ع) رَجَبٌ شَهْرٌ عَظِيمٌ يُضَاعِفُ اللَّهُ فِيهِ الْحَسَنَاتِ وَ يَمْحُو فِيهِ السَّيِّئَاتِ وَ مَنْ صَامَ يَوْماً مِنْ رَجَبٍ تَبَاعَدَتْ عَنْهُ النَّارُ مَسِيرَةَ سَنَةٍ وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ وَجَبَتْ لَهُ الْجَنَّةُ»؛

İmam Kazım (ə) buyurur: “Rəcəb böyük aydır. Allah-Taala bu ayda yaxşılıqların savabını artırar, pis əməlləri isə əməl dəftərindən silər. Hər kəs bu ayda bir gün oruc tutarsa, cəhənnəm odu ondan bir illik yol fasiləsi ilə uzaqlaşar. Hər kəs bu ayda üç gün oruc tutarsa, cənnət ona vacib olar.”

(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir)