HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 4

-- Rəcəb ayının orucu Sirat körpüsündən keçid vəsiqəsidir

Rəcəb ayının orucu Sirat körpüsündən keçid vəsiqəsidir:

«قَالَ أَبُو جَعْفَرٍ مُحَمَّدُ بْنُ عَلِيٍّ (ع) مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ رَجَبٍ أَجَازَهُ اللَّهُ عَلَى الصِّرَاطِ وَ أجازه [أَجَارَهُ‏] مِنَ النَّارِ وَ أَوْجَبَ لَهُ غُرُفَاتِ الْجِنَانِ‏»؛

İmam Baqir (ə) buyurub: “Hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa, Allah-Taala ona Sirat körpüsündən keçməyə icazə, Cəhənnəm odundan nicat verəcək və Cənnət bağlarını ona vacib edəcəkdir.”

(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir)