HƏDİSLƏR AYNASINDA RƏCƏB AYININ FƏZİLƏTİ – 13

Rəcəb ayında səkkiz gün oruc tutmağın savabı

Rəcəb ayında səkkiz gün oruc tutmağın savabı:

Əbu Səid Xudri Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir:

وَ مَنْ صَامَ مِنْ رَجَبٍ ثَمَانِيَةَ أَيَّامٍ فَإِنَّ لِلْجَنَّةِ ثَمَانِيَةَ أَبْوَابٍ يَفْتَحُ لَهُ بِصَوْمِ كُلِّ يَوْمٍ بَاباً مِنْ أَبْوَابِهَا وَ يُقَالُ لَهُ ادْخُلْ مِنْ أَيِّ أَبْوَابِ الْجِنَانِ شِئْتَ

Hər kəs Rəcəb ayında səkkiz gün oruc tutarsa, cənnətin səkkiz qapısı onun üzünə açıq olar və ona deyilər: Cənnətin hansı qapısından istəyirsən daxil ol!

(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir)