HƏR AY ÜÇ GÜN ORUC TUTUN Kİ...

-- “İndiyədək sizdən biriniz ömrü boyunca ilin bütün günlərini oruc tutubmu?”

حَدَّثَنَا أَحْمَدُ بْنِ مُحَمَّدِ بْنِ يَحْيَى الْعَطَّارُ قَالَ حَدَّثَنَا أَبِي عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ عِيسَى عَنْ نُوحِ بْنِ شُعَيْبٍ النَّيْسَابُورِيِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ عَبْدِ اللَّهِ الدِّهْقَانِ عَنْ عُرْوَةَ ابْنِ أَخِي شُعَيْبٍ الْعَقَرْقُوفِيِّ عَنْ شُعَيْبٍ عَنْ أَبِي بَصِيرٍ قَالَ سَمِعْتُ الصَّادِقَ ع يُحَدِّثُ عَنْ أَبِيهِ عَنْ آبَائِهِ ع قَالَ: قَالَ رَسُولُ اللَّهِ ص يَوْماً لِأَصْحَابِهِ أَيُّكُمْ يَصُومُ الدَّهْر؟

Əbu Bəsir deyir: İmam Sadiqdən (ə) atası və babalarının vasitəsilə cəddi Peyğəmbərdən (s) belə nəql etdiyini eşitdim ki, Peyğəmbər (s) günlərin birində səhabələrinə üzünü tutaraq soruşdu: “İndiyədək sizdən biriniz ömrü boyunca ilin bütün günlərini oruc tutubmu?”

فَقَالَ سَلْمَانُ أَنَا يَا رَسُولَ اللَّهِ.

Bu zaman Salman dedi: “Mən ilin bütün günlərini oruc tuturam, ey Allahın Rəsulu (s)!”

فَقَالَ رَسُولُ اللَّهِ ص فَأَيُّكُمْ يُحْيِي اللَّيْلَ؟

Peyğəmbər (s) yenə soruşdu: “İndiyədək sizdən biriniz ilin bütün gecələrini əhya saxlayıbmı?”

فَقَالَ سَلْمَانُ أَنَا يَا رَسُولَ اللَّهِ.

Salman cavab verdi ki, mən ilin bütün gecələrini əhya saxlamışam, ey Allahın Rəsulu (ə)!”

قَالَ فَأَيُّكُمْ يَخْتِمُ الْقُرْآنَ فِي كُلِّ يَوْم؟

Həzrət Peyğəmbər (s) yenə də soruşdu: “İndiyədək sizdən biriniz ilin hər gününü bir Quran xətm edibmi?”

 فَقَالَ سَلْمَانُ أَنَا يَا رَسُولَ اللَّهِ.

Bu dəfə də Salman dilləndi: “Mən hər gün bir Quran xətm edirəm, ey Allahın Rəsulu (ə)!”

فَغَضِبَ بَعْضُ أَصْحَابِهِ. فَقَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ سَلْمَانَ رَجُلٌ مِنَ الْفُرْسِ يُرِيدُ أَنْ يَفْتَخِرَ عَلَيْنَا مَعَاشِرَ قُرَيْشٍ.

Bu zaman səhabələrdən bəziləri təəccüb və qəzəblə dedilər: “Ey Allahın Rəsulu (s), Salman farslardan biridir, məğrurluq edir və istəyir ki, bu sözləri ilə biz Qüreyşlilərə özünü göstərsin və bununla bizim önümüzdə fəxr etsin.”

قُلْتَ أَيُّكُمْ يَصُومُ الدَّهْرَ فَقَالَ أَنَا وَ هُوَ أَكْثَرَ أَيَّامِهِ يَأْكُلُ

“Siz dediniz ki, il boyu kim oruc tutur, o cavab verdi ki, “mən!” Halbuki biz onun ilin çox günlərində yemək yediyini görürük.

وَ قُلْتَ أَيُّكُمْ يُحْيِي اللَّيْلَ فَقَالَ أَنَا وَ هُوَ أَكْثَرَ لَيْلِهِ‏ يَنَامُ

Siz dediniz ki, il boyunca bütün gecələri kim əhya saxlayır, yenə də o “mən” deyə cavab verdi. Halbuki biz onun əksər gecələri yatdığını görürük. 

وَ قُلْتَ أَيُّكُمْ يَخْتِمُ الْقُرْآنَ فِي كُلِّ يَوْمٍ فَقَالَ أَنَا وَ هُوَ أَكْثَرَ نَهَارِهِ صَامِتٌ.

Siz soruşdunuz ki, kim hər gün bir Quran xətm edir, yenə də Salman “mən” dedi. Halbuki biz onun günün çox saatlarında bir şey oxuduğunu müşahidə etməmişik və o, çox vaxt sakitdir.”

فَقَالَ النَّبِيُّ ص مَهْ يَا فُلَانُ أَنَّى لَكَ بِمِثْلِ لُقْمَانَ الْحَكِيمِ سَلْهُ فَإِنَّهُ يُنَبِّئُكَ.

Peyğəmbər (s) həmin səhabələrə buyurdu: Sakit olun, siz hara, Loğman Həkim hara? Siz Salmandan soruşun, o özü bunu sizə izah edəcək.”

فَقَالَ الرَّجُلُ لِسَلْمَانَ يَا أَبَا عَبْدِ اللَّهِ أَ لَيْسَ زَعَمْتَ أَنَّكَ تَصُومُ الدَّهْرَ؟

قَالَ نَعَمْ.

Həmin səhabələrdən biri üzünü Salmana tutaraq dedi: “Ey Allah bəndəsi! Sən ilin bütün günlərini oruc olduğunu sanırsanmı?”

Salman dedi: “Bəli.”

فَقَالَ رَأَيْتُكَ فِي أَكْثَرِ نَهَارِكَ تَأْكُلُ.

Kişi dedi: “Amma səni daha çox gündüzlər yeyən görmüşük.”

فَقَالَ لَيْسَ حَيْثُ تَذْهَبُ إِنِّي أَصُومُ الثَّلَاثَةَ فِي الشَّهْرِ وَ قَالَ اللَّهُ‏ مَنْ جاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثالِها وَ أَصِلُ شَعْبَانَ بِشَهْرِ رَمَضَانَ فَذَلِكَ صَوْمُ الدَّهْرِ.

Salman dedi: “Sən fikirləşdiyin kimi deyil. Mən hər ay 3 gün oruc tuturam və Allah-Taala Quranda buyurur ki, مَنْ جاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثالِها  “Hər kim bir yaxşı iş görərsə, onun üçün o işin on misli yazılacaq” – (beləliklə, hər ay üçün 3x10 oruc yazılır ki, nəticədə, ilin bütün günlərini oruc tutmuş adam kimi olur). Şəban ayını da Ramazana birləşdirirəm ki, buna da bir ömrün qəbul olunmuş orucunun savabı yazılır.”

فَقَالَ أَ لَيْسَ زَعَمْتَ أَنَّكَ تُحْيِي اللَّيْلَ؟

فَقَالَ نَعَمْ.

Həmin səhabə yenə soruşdu: “Ey Allah bəndəsi! Sən ilin bütün gecələrini əhya saxladığını və ibadət etdiyini sanırsanmı?”

Salman dedi: “Bəli.”

فَقَالَ أَنْتَ أَكْثَرَ لَيْلِكَ نَائِمٌ.

فَقَالَ لَيْسَ حَيْثُ تَذْهَبُ وَ لَكِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ ص يَقُولُ مَنْ نَامَ عَلَى طُهْرٍ فَكَأَنَّمَا أَحْيَا اللَّيْلَ كُلَّهُ وَ أَنَا أَبِيتُ عَلَى طُهْرٍ.

Səhabə dedi: “Axı sən gecələr çox vaxt yatırsan (və biz bunu bilirik).”

Salman cavab verdi: “Sən fikirləşdiyin kimi deyil. Mən Allah Rəsulundan (s) eşitdim ki, buyurur: “Hər kəs gecə dəstəmazlaə və (qüslə səbəb olan işlərdən və digər zahiri nəcasətdən) paklanıb yatarsa, sanki bütün gecəni əhya saxlayaraq ibadət edib” və mən də hər gecə (qüslümü üzərimdən götürüb, dəstəmaz alaraq) təharətlə yatmışam.”

فَقَالَ أَلَيْسَ زَعَمْتَ أَنَّكَ تَخْتِمُ الْقُرْآنَ فِي كُلِّ يَوْم.

قَالَ نَعَمْ.

Səhabə yenə soruşdu: “Sən ilin bütün günlərində bir Quran xətm etdiyini sanırsanmı?”

Salman dedi: “Bəli.”

قَالَ فَأَنْتَ أَيَّامَكَ صَامِتٌ.

Həmin səhabə dedi: “Axı biz səni günün çox saatlarında Quran oxumayan halda görürük.”

فَقَالَ لَيْسَ حَيْثُ تَذْهَبُ وَ لَكِنِّي سَمِعْتُ حَبِيبِي رَسُولَ اللَّهِ ص يَقُولُ لِعَلِيِّ بْنِ أَبِي طَالِبٍ يَا أَبَا الْحَسَنِ مَثَلُكَ فِي أُمَّتِي مَثَلُ قُلْ هُوَ اللَّهُ أَحَدٌ فَمَنْ قَرَأَهَا مَرَّةً فَقَدْ قَرَأَ ثُلُثَ الْقُرْآنِ وَ مَنْ قَرَأَهَا مَرَّتَيْنِ فَقَدْ قَرَأَ ثُلُثَيِ الْقُرْآنِ وَ مَنْ قَرَأَهَا ثَلَاثاً فَقَدْ خَتَمَ الْقُرْآنَ وَ مَنْ أَحَبَّكَ بِلِسَانِهِ فَقَدْ كَمَلَ لَهُ ثُلُثُ الْإِيمَانِ وَ مَنْ أَحَبَّكَ بِلِسَانِهِ وَ قَلْبِهِ فَقَدْ كَمَلَ لَهُ ثُلُثَا الْإِيمَانِ وَ مَنْ أَحَبَّكَ بِلِسَانِهِ وَ قَلْبِهِ وَ نَصَرَكَ بِيَدِهِ فَقَدِ اسْتَكْمَلَ الْإِيمَانَ وَ الَّذِي بَعَثَنِي بِالْحَقِّ يَا عَلِيُّ لَوْ أَحَبَّكَ أَهْلُ الْأَرْضِ كَمَحَبَّةِ أَهْلِ السَّمَاءِ لَكَ لَمَا عُذِّبَ أَحَدٌ بِالنَّارِ وَ أَنَا أَقْرَأُ قُلْ هُوَ اللَّهُ أَحَدٌ فِي كُلِّ يَوْمٍ ثَلَاثَ مَرَّاتٍ

Salman buyurdu: Məsələ sən fikirləşdiyin kimi deyil. Mən Allahın həbibi həzrət Peyğəmbərdən (s) eşitdim ki, Əli ibn Əbi Talibə (ə) belə buyurur:

“Ey Əbəl-Həsən! Sənin misalın ümmətim üçün “Qul hu vəllahu əhəd”in Qurandakı misalıdır. Hər kəs onu (“İxlas” surəsini) bir dəfə oxusa, Quranın üçdən birini, iki dəfə oxusa, Quranın üçdən ikisini və üç dəfə oxusa Quranın hamısını xətm etmiş kimi sayılır. Hər kəs səni sevdiyini dilə gətirsə, imanının üçdən biri kamil olar, hər kəs səni sevdiyini həm dildə desə, həm də qəlbində təsdiqləsə, imanının üçdən ikisi kamil olar və hər kəs səni sevdiyini dildə desə, qəlbdə təsdiq etsə və əməli ilə də sənə yardımçı olsa, onun imanı kamil olar. Ey Əli! And olsun məni peyğəmbərliyə seçənə ki, əgər yer əhli də səni göy əhli kimi sevsəydi, cəhənnəm odu heç kimi yandırmazdı.”

Salman davam etdi: “Mən də hər gün “Qul hu vəllahu əhəd” surəsini üç dəfə oxuyuram.

Mənbə: “Fəzailu əşhuris-səlasə”, Şeyx Səduq – Əbu Cəfər Məhəmməd ibn Babəvəyh Qummi (306-381 h.q), “Fəzailu şəhri-Şəban” bölümü.

Mirməhəmməd Bəşir (Maide.Az)