Həzrət Fatimeyi-Zəhraya (ə) təvəssül

Allah Rəsulunun (s) sevimli qızı paklıq və ismət rəmzi Həzrət Siddiqətul-Kubra Fatimeye Zəhranın (s.ə) müsibətli şəhadət günü münasibəitlə o həzrətə təvəssül etmək üçün duanı təqdim edirik: 
 
 

يَا فَاطِمَةُ الزَّهْرَاءُ يَا بِنْتَ مُحَمَّدٍ يَا قُرَّةَ عَيْنِ الرَّسُولِ يَا سَيِّدَتَنَا وَ مَوْلاتَنَا اِنَّا تَوَجَّهْنَا وَ اسْتَشْفَعْنَا وَ تَوَسَّلْنَا بِكِ إِلَى اللَّهِ وَ قَدَّمْنَاكِ بَيْنَ يَدَيْ حَاجَاتِنَا يَا وَجِيهَةً عِنْدَ اللَّهِ اشْفَعِي لَنَا عِنْدَ اللَّهِ

Oxunuşu:

Yə Fətimətəz-Zəhra, yə bintə Muhəmmədin, yə qurrətə əynir-Rəsul, ya səyyidətənə və məvlətənə innə təvəccəhnə vəstəşfə`nə və təvəssəlnə biki iləllah, və qəddəmnəki bəynə yədəy hacatinə, ya vəcihətən indəllah, işfəi lənə indəllah.

Tərcüməsi:

Ey Fatimeyi-Zəhra, ey Muhəmmədin qızı, ey Peyğəmbərin gözünün nuru! Ey bizim sərvərimiz və mövlamız! Həqiqətən, biz sənə üz tutub, səni Allah dərgahında şəfaətçi seçir, sənin vasitənlə Allahın dərgahına üz tutur və hacətlərimizi sənə təqdim edirik. Ey Allah yanında uca məqam və hörmət sahibi! Allah yanında bizə şəfaətçi ol!

(Təvəssül duasından.)

Maide.Az