HƏMAS Səudiyyə Ərəbistanında həbs edilmiş onlarla fələstinlinin azad edilməsini istəyib

 HƏMAS Səudiyyə Ərəbistanında həbs edilmiş 60 fələstinlinin məhkəmə işlərinə xitam verilməsini və onların azadlığını istəyib.
 
Fələstin mətbuatının məlumatına görə, bu barədə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Həniyyə çağırış edib.
 
Cari həftədə Səudiyyə Ərəbistanı məhkəməsi tərəfindən burada həbs edilmiş fələstinlilərin işinə baxılacağı məsələsinə toxunan İsmail Həniyyə, hələ də ölkə krallığının və məhkəmənin ədalətli qərarına ümidvar olduğunu bildirib.
 
İsmail Həniyyə HƏMAS-ın Səudiyyə Ərəbistanındakı nümayəndəsi Məhəmməd əl-Xədri də daxil olmaqla 60 fələstinlinin məhkəmə işinə xitam verilməsini və onların azad edilməsini istəyib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı məhkəməsi bu şəxsləri İxvanəl-Müslimin hərəkatına mənsub olmaqda ittihamlandırıb. /SalamNews /